Yolları bizimlə kəşf et!

İcarə et


Kirayə maşınlar

İstənilən sosial statusa malik hər bir insanın avtomobilə ehtiyacı vardır. Avtomobil işgüzar və şəxsi görüşlərə zamana qənaət edir, gündəlik rahatlığı təmin edir və insanın imicinin ayrılmaz hissəsinə çevrilir. Siz avto kirayə etməklə marşrut xəttini istəyinizə uyğun seçə və ya qurmağınız imkanına maliksiniz. Biz sizə Bakıda 24 saat avtomobil kirayəsini təklif edirik. Siz aşağıdakı hallarda avtomobil kirayə xidmətindən istifadə etmək imkanınız var:

  • Toy və ya korporativlərdə bayram korteclərə avto kirayəsi
  • Şirkətin qonaqları və ya tərəfdaşlarını qarşılamaqçün maşın kirayəsi
  • İstənilən işgüzar səfərlər, konfranslar zamanı xidmət göstərmək üçün maşın kirayəsi
  • Keyfiyyətli ailəvi istirahətlərə avtomobil kirayəsi
  • Şəhər üzrə turistik səfərlər və ekskursiyalara avto kirayəsi
  • Şəxsi avtomobili nasaz vəziyyətdə olan və ya avtomobilsiz olan şəhər sakinlərinin rahat hərəkət etməsi üçün kirayə avtomobil sifarişi

Avtomobil kirayəsi üçün ən aşağı qiymtlər

Öz klassını seç

Bütün kirayə avtomobillər



Sürücü ilə avtomobil kirayəsi

İşgüzar və ya şəxsi məsələlər üzrə şəhərin qonaqları arasında məşhur xidmət növüdür. Ölkədə olan zaman sürücüylə avtomobil kirayəsi köməyilə asanlıqla nəqliyyat problemlərinin həllinə görə öz işlərinizi və istirahətinizi ən rahat, əlverişli və təhlükəsiz üsulla birləşdirə biləcəksiniz. Əgər siz şəhəri gəzmək, görməli yerlərə baxmağı planlaşdırırsınızsa kirayə xidməti sizə mükəmməl variant olacaq. Bizim şirkətdə avtomobil kirayəsi sizə uyğun vaxt üzrə sifarişinizi həyata keçirtmək imkanı verir: saatlıq, günlük. Şirkətimizin xidmətlərindən yararlanaraq, tez və ən əsası vaxtında rahat və tam saz vəziyyətdə təcrübəli sürücü və avtomobilinizi kirayə altında əldə edəcəksiniz. Əməkdaşlarımız sizə ekonom və biznes klasa uyğun müxtlif markalı avtomobillər təklif etməyə hazırdırlar. Şəhəri, yolların vəziyyətini əla tanıyan və yüklülüyünü nəzərə alan peşəkar sürücülərimiz müştərini təyin olunmuş vaxtda təyin olunmuş ünvana ən qısa vaxt ərzində çatdırmaq üçün optimal yolu tapacaqlar. Bizim tərəfimizdən avtomobillərin texniki vəziyyətinə və səfər zamanı daşınan əşyaların tam təhlükəsizliyinə böyük diqqət göstəririk. Təcrübəli sürücü sizi aeroportda qarşılayacaq və mehmanxanaya, restorana, və ya biznes mərkəzinə aparacaq, işgüzar və istirahətlə bağlı planlarınızı tam həcmdə həyata keçirməyə kömək edəcək, lazım gələrsə, hərəkət marşrutu üzrə lazımi tövsiyyələr verəcək. Sürücüylə avtomobili arenda etmək üçün bu üsullardan istifadə edərək əlaqə saxlamağınız mümkündür: elektron ünvanımıza sorğu göndərə və ya (+99450) 232 00 26 (+99455) 232 00 26 (+99412) 409 00 26 telefon nömrəsilə reallaşdıra bilərsiniz.

Ən çox seçilən kirayə avtomobillər
 

uploads/54741.jpg

Hyundai i10

2-3dək

40

4-7dək

35

7-15dək

30

16-30dək

25

30-dan çox

20

uploads/47457.jpg

KIA Sportage

2-3dək

70

4-7dək

60

7-15dək

50

16-30dək

45

30-dan çox

40

uploads/29009.jpg

Jeep Wrangler

2-3dək

100

4-7dək

90

7-15dək

80

16-30dək

70

30-dan çox

60

Kampaniya

Automile uploads/campaign/49031.jpg

Hədiyyə

01.11.2016-16.11.2016
Automile uploads/campaign/99926.jpg

gəzinti

30.10.2016-15.11.2016
Automile uploads/campaign/92172.jpg

Hədiyyə

24.10.2016-07.11.2016

Xidmətlər

Avtobus sifarişi

Automile rent bus

Avtobus sifarişi - Fəaliyyətimizin istiqamətlərindən biri də Azərbaycan və ya xarici ölkələr üzrə fərdi sərnişin daşımalarına nəzərdə tutulmuş avtobus sifarişidir. Şirkətimiz kiçik və orta tutumlu (8, 16, 18, 20, 21 və 40 nəfərlik) avtobuslarla sərnişin daşımasını, qrup və fərdi avtobus turlarının təşkili xidmətini həyata keçiririk. Avtobus sifarişi – bu, çox sayda insanların səyahətlər zamanı sərnişin daşınması üçün əla fikirdir. Bu xidməti məhz bizim şirkətdə sifariş etmək əlverişlidir, çünki, bizdə avtobus sifarişi keyfiyyətli, tez və rahat başa gəlir. Sifarişi operatorlarımız vasitəsilə həyata keçirə, həmçinin saytdan istifadə edə və ya elektron ünvanımıza yaza bilərsiniz. Biz nəqliyyat vasitəmizin texniki vəziyyətinə böyük diqqət yetirir və avtobusların sifarişi sahəsində işimizin sabitliyini təmin edirik. Bizim menecerlər və sürücülərimiz - avtobusların sifarişi xidməti sahəsində ən yaxşı mütəxəssislərdir, əməkdaşlıq təcrübəsi və zamanla təcrübədən keçirilmiş, işi tam bilən, məsuliyyət və dəqiqliklə onu həyata keçirən əməkdaşlardır. Siz saytımız vasitəsilə, müxtəlif sərnişin tutumlu digərlər avtobusları kirayə edə bilərsiniz. Bizim avtobuslar kondisioner, TV/DVD, uzaq səfərlərçün rahat oturacaqlar, təhlükəsizlik kəmərləri və s. üstünlüklərə malikdir. Hər bir səfər fərdidir və istənilən halda sifarişi müxtəlif meyarlar üzrə təyin edilə bilər. Bizdən avtobus sifariş etməklə, siz vaxtında və ən yüksək səviyyədə xidmətə əmin ola bilərsiniz. Sifarişiniz saatlıq və ya günlük olmasından asılı olmayaraq, biz sizi səliqəli, mükəmməl texniki vəziyyətdə təmiz yığışdırılmış, sükan arxasında şəhəri əla tanıyan, yüksək sürücülük qabiyyətinə malik sürücüsü olan nəqliyyat vasitəsilə təmin edəcəyik. İşimizin əsasını istər hər hansı təşkilat forması, istərsə də fiziki şəxs olmaqla hər müştəriyə fərdi yanaşma təşkil edir.

Haqqımızda



Понравилось все: встреча, обслуживание, и т.д. Оформление заняло 15 минут, хорошие цены + бесплатные советы. Молодцы, так держать! Теперь я Ваш постоянный клиент :)


Anar Mardali

Əlaqə