Transfer servisi A məntəqəsindən B məntəqəsinə sürətli çatdırma xidmətidir. Müxtəlif istiqamətlərdə olan transfer servisini siyahıdan seçə, yaxud Əlaqə bölməsində qeyd edə bilərsiniz. Transfer xidməti nə zaman sifariş verə bilərsiniz?
Siz istirahətinizi planlaşdırırsınız? İstirahətdən geri dönmək istəyirsiniz? Yoxsa bir məntəqədən digər məntəqəyə çatdırmaq lazımdır? Onda axtardığınız transfer xidmətidir.
Taxi xidməti sizi tanımır, qarşılamır, treyninqlərdən keçmir. Bizim əməkdaşlarımız xarici dil treyninqlərindən keçərək, yüksək səviyyəli servis göstərməkçün kurslardan müntəzəm keçirlər. Şirkətin qoyduğu qayda-qanuna əsasən müştərilərinə yardımçı olurlar.
Əksərən transfer xidməti aşağıdakı hallarda çağırılır.
Bizə yalnız sizin əlaqə məlumatlarınız və uçuş bileti kimi yardımçı məlumatlarınız gərəkir.
Əməkdaş qeyd etdiyiniz məkanda, (bu aeroport, şəhər ola bilər) adınız qeyd olunan lövhə ilə gözləyir. Sizi qarşıladıqdan sonra maşına qədər müşayət edir, baqajınızın aparılmasında köməklik göstərir. Hər şeyin qaydasında getdiyində əmin olduqdan sonra sizi B ünvanına səliqləli, qaydalar çərçivəsində çatdırır. Sizin hoteldə və ya digər yerdə yerləşməyinizə yardımçı olur.
Biz çalışırıq ki, sizin keçirtdiyiniz istirahət vaxtı bizim xidmətlə birgə daim yaddaşınızda xoş xatirə kimi qalsın.
Avtomobil icarəsini saytımızdan online etmək mümkündür. İstədiyiniz klassa uyğun avtomobili seçin, qiymətlərlə tanış olun, şəkillərinə baxın, lazım gələrsə əlavələrinizi yerləşdirin. Formaları doldurduqda isə nə qədər ətraflı məlumat versəniz, daha tez öz müqavilə formanızı və avtomobilinizi əldə edə biləcəksiniz. İstəsəniz e-mail, mobil nömrələrimizə zəng vurmaqla nail ola bilərsiniz. 7/24 saat sizlərçün calışırıq