Bloq


2022-04-05 15:53:56

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ölkə ictimaiyyətinə bildirir ki, 10-12 iyun 2022-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start verilir.

 

Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azərkeşlərə birgünlük ayaqüstü zonada 90 - 160 AZN, üç günlük tribuna biletləri 280 - 970 AZN, uşaqlar üçün (16 yaşadək) isə 190 - 690 AZN aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da  nəzərdə tutulub.

Тесты: узнайте автомобили Формулы-1 без фирменных ливрей, логотипов  спонсоров и шлемов гонщиков - Чемпионат

 

Qeyd edək ki, 2020-ci ildə COVID-19 səbəbilə təxirə salınmış Formula 1 Azərbaycan Qran Prisi zamanı alınmış biletlər hazırki 2022-ci il Azərbaycan Qran Prisi üçün keçərli olacaq.

 

Bu ilki  yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb. Lakin ötən illərdə olduğu kimi, bu il də tamaşaçılar üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq.

 

2022  Formula 1 Azərbaycan Qran Prisini yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı Bakı Şəhər Halqasının rəsmi saytından əldə edə bilərlər: www.bakucitycircuit.com

Bizimlə əlaqə

Whatsapp
  Call