Bloq


2022-04-24 20:13:28

Bakıda sürücülərin tıxac kimi böyük bir problemi var. Paytaxt küçələrində günün müxtəlif saatlarında tıxaclar müşahidə olunur. Mərkəzi küçələrdə tıxaclardan çətinliklə olsa, çıxamağı bacaran sürücülər növbəti problemlə maşınları parklama zamanı qarşılaşırlar. 

 

Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər. Sadə dildə desək xətləmə yoxdursa yola paralele saxlamaq mütləqdir! 

 

Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən pulsuz parklanma yerləri ayrılır onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir.  

Bizimlə əlaqə

Whatsapp
  Call