Bloq


2022-09-01 18:42:34

Son zamanlar dünyada yanacağın qiyməti durmadan artır. Bu isə etiraf edək ki, daha çox sürücüləri ciddi narahat edir.  

 

“Düzgün sürmə” texnikası – avtomobili qənaətcil və ya daha az yanacaq sərf etməklə sürmə bacarığıdır. İlk baxışdan sadə görünə bilən bu texnikanın əslində bir neçə mühüm özəlliyi var. Əgər siz də büdcənizə qənaət etmək istəyirsinizsə diqqətinizi cəmləyin. Beləliklə:

По Европе на своем авто: что нужно знать, чтобы все прошло гладко - Лайфхак

1. Sürəti sevirsiniz? O zaman bu sevgidən əl çəkməli olacaqsınız. Əvvəla ona görə ki, yüksək sürət həyatınız üçün təhlükəlidir. İkincisi isə sürət artdıqca yanacaq sərfiyyatı da artır. Odur ki, əlavə xərcə düşməmək üçün mümkün qədər sabit sürət seçməlisiniz.

2. Mühərrik işə düşdüyü andan tədricən qızmağa başlayır. Odur ki, yeni hərəkətə başlayan avtomobilə qaz vermək və onu tam gücü ilə işləməyə məcbur etmək olmaz. Bununla həm yanacaq sərfiyyatını artırır, həm də mühərrikin ömrünü qısaldırsınız. Nə etməli? Çox sadə, azacıq qaz verməklə mühərrikin qızmasına yardımçı olun və avtomobili bir növ sürətli hərəkətə hazırlayın.

2. İmkan daxilində əyləcdən az istifadə edin. Çünki dayanan avtomobilin yenidən hərəkət etməsi vəümumi yükün daşınması üçün mühərrik adi halda olduğundan daha çox yanacaq sərf edir. Odur ki, hərəkətliliyi, başqa sözlə ətalət qüvvəsini qorumağa çalışın. Lakin bu prinsip yalnız sürücü peşəkar olduğu halda keçərlidir. Belə ki, qarşıdakı avtomobillə etibarlı məsafə saxlamağı və sürəti əyləclə deyil, qaz pedalı ilə tənzimləməyi razılaşaq ki, hər kəs bacarmır. Bir sözlə, ehtiyatlı olun.

4. Bəzi sürücülər tıxaca düşərkən mühərriki tez – tez söndürüb, yandırır. Bununla da onlar yanacağa qənaət etdiklərini düşünürlər. Lakin bu, həqiqətənmi belədir? Əlbəttə ki, xeyir. Mühərrik hər dəfə işə düşərkən daha çox yanacaq tələb edir. Odur ki, bu üsul keçərli deyil. Yalnız istisna hallar var. Əgər tıxac zamanı dayanma intervalı təxminən 3-4 dəqiqədən artıqdırsa mühərriki söndürməyə dəyər. Əks halda, ya tıxacların az olduğu saatlarda yola çıxın, ya da alternativ hərəkət yollarına üstünlük verin.

5. Avtomobilin sevmədiyi bəlkə də ən böyük rəftar sürücünün ani olaraq və davamlı şəkildə qaz, yaxud əyləc pedalına basmasıdır. Bu, əvvəla böyük riskdir. Sürücü yalnız özünü deyil, digərlərini də düşünməli, nəqliyyat vasitəsini ümumi hərəkət tempinə uyğun idarə etməlidir.
Avtomobillə sərt rəftar yanacağın sərfiyyatına təxminən 50% təsir edir və digər texniki hissələrin vaxtından əvvəl sıradan çıxmasına səbəb olur. Deməli avtomobilin sürətini tədricən artırmalı və onu tədricən dayandırmalısınız.

Bizimlə əlaqə

Whatsapp
  Call