Bloq


2023-04-17 07:57:10

2023-cü ilin Formula 1 mövsümü növbəti ilkə imza ataraq, 24 yarışla yadda qalacaq.

7-ci Formula 1 Azərbaycan Qran Prisi isə 2023-cü il 28-30 aprel tarixlərinə təsadüf edəcək.  Mövsüm 5 mart tarixində Bəhreyndə start verəcək, noyabrın 26-ı isə ənənəyə sadiq qalaraq Əbu-Dabidə yekunlaşacaq.

Bu ilki təqvimdə Mayami və Ostin ilə bərabər, ilk dəfə olaraq digər ABŞ şəhəri – Las Veqas da yer alır. 

Qətər Qran Prisi bir illik fasilədən sonra yenidən Formula 1 təqviminə qayıdır. Qeyd edək ki, Beynəlxalq Avtomobil Federasiyası digər avtoidman yarışı  24 saat Le Man marafonunun digər F1 yarışları ilə eyni tarixə təsadüf etməməsi üçün iyun ayında yalnız iki yarışın keçirilməsinə qərar verib.

Bizimlə əlaqə

Whatsapp
  Call